Lindsi Qrembackend

Lindsi Qrem İran müharibəsi məsələsində Trampdan narazı idi

ABŞ senatoru Lindsi Qremin İranla bağlı siyasətə görə həm Donald Tramp administrasiyasından, həm də Respublikaçılar Partiyasındakı bəzi həmkarlarından narazı olduğu bildirilir.

İNFOAZ.MEDİA xəbər verir ki, The Wall Street Journalın (WSJ) yazdığına görə, bunu rejissor Aleks Holder açıqlayıb. Onun sözlərinə görə, Qrem ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyyatına etiraz edən administrasiya daxilindəki şəxslərlə ciddi mübarizə apardığını bildirib.

Senator, həmçinin Tramp administrasiyasının üzvlərinin müharibənin zəruriliyini ictimaiyyət qarşısında kifayət qədər müdafiə etmədiyini deyərək narazılığını ifadə edib.

“Administrasiyadan bu müharibəni müdafiə edən çox az adam var. Mən buna təəccüblənirəm”, – deyə Qrem bildirib.

Holderin sözlərinə görə, senator Trampın iyun ayında İranla ilkin razılaşma imzalamasından sonra prezidentdən daha da narazı qalıb.

Məlumata əsasən, Cənubi Karolinanın Kolumbiya şəhərində yerləşən bir restoranlardan birində keçirilən son müsahibələrindən birində Qrem Trampın İran məsələsində həddindən artıq ehtiyatlı davrandığını bildirib.

“O, bu fürsəti əldən verir. Mən onunla danışmalıyam”, – deyə senator qeyd edib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki