image-whatsapp-image-2026-05-05-at-14-05-31backend

Türkiyədə “Azərbaycan Kinosu Günləri”nə start verilir

Türkiyədə Azərbaycan Kinosu Günləri keçirilir.

Bu barədə İNFOAZ.MEDİA-ya Azərbaycan Respublikasının Kino Agentliyindən məlumat verilib.

Bildirilib ki, layihə Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Kino Agentliyi və Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə əməkdaşlığı ilə ərsəyə gəlib.

Tədbir proqramının açılış mərasimi və ilk film nümayişi mayın 5-i saat 14:00-da Ege Universitetində baş tutub.

Açılışda tamaşaçılara yeni Azərbaycan filmi olan “Nargin: Sonadək sirli” təqdim ediləcək. Bədii-sənədli ekran əsəri Azərbaycan tarixinin mühüm, lakin az öyrənilmiş səhifələrindən birinə işıq salır.

Filmdə xüsusilə Birinci Dünya müharibəsi dövründə Bakı yaxınlığında – Xəzər dənizindəki Nargin adasında baş verən hadisələr və orada saxlanılan Osmanlı əsirlərinin ağır yaşam şəraiti əks olunur. Ekran əsəri Azərbaycan türklərinin ən çətin tarixi dönəmlərdə belə türk qardaşlarına kömək etmək üçün nümayiş etdirdikləri fədakarlığı ön plana çəkərək, dostluq və qardaşlıq tellərinin ən ağır sınaqlardan güclənərək çıxdığını xüsusi vurğulayır.

Proqram çərçivəsində “Buta”, “Cənnət yuxusu” və “Zəfər rəqsi” filmləri də nümayiş olunacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki