UEFA və quruma üzv olan 55 milli assosiasiya, FIFA dünya çempionatlarının paylarının özəl investorlara satılması planını həyata keçirəcəyi təqdirdə turnirləri boykot edə biləcəklərini açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, bu qərar UEFA-nın fövqəladə iclasında yekdilliklə qəbul olunub.
İddia olunur ki, FIFA prezidenti Gianni Infantino təşkilata üzv olan 211 assosiasiyaya məktub göndərərək planı dəstəkləyəcəkləri halda hər birinə 40 milyon dollar ödəniləcəyini vəd edib. İlk 20 milyon dolların alınması üçün son tarix kimi 19 sentyabr göstərilib.
UEFA isə FIFA-nı futbol irsini kommersiya məqsədilə özəl investorlara açmaqda və idmandan mənfəət əldə etmək üçün istifadə etməkdə ittiham edib.
Bildirilir ki, boykot baş tutacağı halda Fransa, İngiltərə, İspaniya və digər aparıcı Avropa yığmaları dünya çempionatında iştirak etməyə bilər.
Rauf
























