image-puabackend

İran ABŞ-ın Bəhreyndəki hərbi bazasına zərbə endirdiyini iddia etdi

İran ordusu Bəhreyndə yerləşən ABŞ-ın Şeyx İsa Hərbi Hava Bazasına pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, İran tərəfinin iddiasına görə, hücum zamanı bazadakı elektrik generatorları, naviqasiya sistemləri və dəstək binaları hədəfə alınıb.

Tehran həmçinin bəyan edib ki, zərbələr nəticəsində ABŞ-ın bölgədəki hərbi imkanlarına ciddi ziyan dəyib.

Qeyd edək ki, bu məlumat İran ordusunun açıqlamasına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki