ABŞ-ın tanınmış teleaparıcısı Şon Heniti ilə müsahibəsində İsrailin Baş naziri Benjamin Netanyahu Yaxın Şərqdə İran təhlükəsi və regional əməkdaşlıq barədə danışıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Heniti İranın bölgədəki digər ölkələrə qarşı hücumları fonunda həmin dövlətlərin İsraillə tərəfdaşlıq etmək üçün müraciət edib-etmədiyini soruşub.
Netanyahu cavabında bildirib ki, bu cür əməkdaşlıq istəyi düşündüyündən daha genişdir.
“Düşündüyünüzdən daha çox. Amma bu barədə açıqlaya biləcəyimdən də artıqdır”, – deyə İsrailin baş naziri qeyd edib.
Rauf
























