ABŞ Mərkəzi Komandanlığı SEPAH tərəfindən irəli sürülən iddiaları təkzib edib.
İNFOAZ.MEDİA xəbər verir ki, CENTCOM-un açıqlamasına görə, SEPAH son hücum zamanı ABŞ-a məxsus hərbi bazada üç ədəd F-35 qırıcı təyyarəsinin və daha üç hərbi təyyarənin məhv edildiyini əsassız şəkildə iddia edir.
Komandanlıq bildirib ki, hücum nəticəsində ABŞ-a məxsus heç bir təyyarə nə məhv edilib, nə də zərər görüb. Açıqlamada həmçinin qeyd olunub ki, buraxılan bütün raket və pilotsuz uçuş aparatları ya hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib, ya da hədəflərinə çata bilməyib.
Rauf
























