Telegram platformasının qurucusu Pavel Durov Rusiyanın onu kütləvi nəzarət və senzura tələblərini yerinə yetirməkdən imtina etdiyi üçün “terrorçu” kimi tanıdığını iddia edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Durov bildirib ki, Rusiya hökuməti Telegram-da kütləvi nəzarət və senzura tətbiq olunması ilə bağlı tələblər irəli sürüb, lakin o, bu tələbləri qəbul etməyib.
Onun sözlərinə görə, Rusiya qanunvericiliyinə əsasən, artıq internetdə məlumat yayması da qadağan edilib.
“Rusiya rəsmiləri internetdə kimin kimi qadağan edə biləcəyi ilə bağlı açıq-aşkar çaşqınlıq yaşayırlar”, – deyə Durov paylaşımında vurğulayıb.
Rauf
























