Ukrayna Prezidenti Volodimyr Zelenski bildirib ki, ilkin məlumatlara əsasən, Rusiya Raduşnıya endirilən hücum zamanı Şimali Koreyanın təchiz etdiyi ballistik raketdən istifadə edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Zelenskinin sözlərinə görə, bu, hələlik ilkin qiymətləndirmədir və hadisə ilə bağlı əlavə araşdırmalar aparılacaq, bütün faktlar yoxlanılacaq. Bununla belə, mövcud məlumatlar raketin Şimali Koreya istehsalı olan ballistik raket olduğunu göstərir.
Ukrayna lideri həmçinin Moskva ilə Pxenyan arasındakı əməkdaşlığı tənqid edərək bildirib ki, “bu ittifaq raketlər, Şimali Koreyanın Avropada, sərhədlərimiz yaxınlığında artan hərbi iştirakı və ukraynalı uşaqların öldürülməsi üzərində qurulub”.
Jalə
























