Səudiyyə Ərəbistanıbackend

Səudiyyə Ərəbistanından yeni təhlükəsizlik təşəbbüsü – 43 ölkə Qırmızı dəniz üçün birləşir

Səudiyyə Ərəbistanı husilərin hücumlarından Qırmızı dənizdə gəmiçiliyin qorunması məqsədilə 43 ölkənin iştirakı ilə dəniz müdafiə koalisiyası yaradılmasını təklif edib.

İNFOAZ.MEDİA xəbər verir ki,  təşəbbüsün müzakirəsi üçün cümə axşamı Ər-Riyadda 43 ölkənin hərbi nümayəndələri bir araya gəlib. Görüşdə əsas beynəlxalq ticarət marşrutlarının, o cümlədən Bab əl-Məndəb boğazı, Qırmızı dənizƏdən körfəzində təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə olunub.

Təklif edilən koalisiyanın əsas məqsədi husilərin hücumları fonunda dəniz nəqliyyatının təhlükəsizliyini gücləndirmək və strateji əhəmiyyət daşıyan ticarət yollarının fasiləsiz fəaliyyətini təmin etməkdir. Təşəbbüsün gələcək mərhələləri və iştirakçı ölkələrin öhdəlikləri ilə bağlı danışıqların davam etdiriləcəyi bildirilir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki