Nikos Dendiasbackend

Yunanıstan 2027-ci ildən C-390 Millennium hərbi nəqliyyat təyyarələri alacaq

Yunanıstanın müdafiə naziri Nikos Dendias bildirib ki, hökumət Portuqaliya ilə hökumətlərarası saziş çərçivəsində üç ədəd C-390 Millennium hərbi nəqliyyat təyyarəsinin alınmasını təsdiqləyib.

İNFOAZ.MEDİA xəbər verir ki, Nazirin sözlərinə görə, ilk təyyarə 2027-ci ildə Yunanıstana təhvil veriləcək. O qeyd edib ki, C-390 təyyarələri hazırda Yunanıstan Hərbi Hava Qüvvələrinin istifadə etdiyi nəqliyyat təyyarələrindən təxminən iki dəfə sürətlidir.

Dendias vurğulayıb ki, əsas məqsəd təkcə yüksək sürət deyil. Onun sözlərinə görə, yeni təyyarələr sayəsində Kiprə uçuşların sayı artırıla və ya nəqliyyat müddəti əhəmiyyətli dərəcədə azaldıla bilər.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki