image-zelenskijbackend

Zelenski: Ukrayna komandası yaxın günlərdə ABŞ-la danışıqlara başlayacaq

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasının Prezidenti Antonio Koşta ilə telefon danışığından sonra ölkəsinin ABŞ-la danışıqlara hazırlaşdığını açıqlayıb.

Zelenskinin sözlərinə görə, görüş zamanı Koştaya Avropa İttifaqının Ukraynaya, o cümlədən maliyyə sahəsində göstərdiyi dəstəyə görə təşəkkür edib. Kiyev bir gün əvvəl 1,2 milyard avro məbləğində növbəti maliyyə tranşını alıb. Vəsaitin əsasən müdafiə, o cümlədən dron istehsalına yönəldilməsi planlaşdırılır.

Tərəflər həmçinin növbəti danışıqlar klasterlərinin açılması, qış mövsümü üçün enerji paketi və Ukraynaya gələcək maliyyə dəstəyi məsələlərini müzakirə ediblər.

Zelenski bildirib ki, Ukrayna nümayəndə heyəti artıq yaxın günlərdə ABŞ tərəfi ilə keçiriləcək görüşlərə yollanır.

Bundan əlavə, Ukrayna Prezidenti Antonio Koşta ilə onun və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin iştirakı ilə ayrıca görüş keçirilməsi barədə razılığa gəlib.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki