image-images-41backend

Lavrov: “Rusiya günahkar deyil”

ABŞ “Avropanın Ankoricdə əldə olunan razılaşmaları dəfn edən təzyiqinə tab gətirməyib”, lakin bunda Rusiyanın günahı yoxdur.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB-yə üzv dövlətlərin xarici işlər nazirləri şurasının iclasının yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Lavrovun sözlərinə görə, Rusiya tərəfi 2025-ci ilin avqustunda Vladimir Putinlə Donald Trampın Alyaskada keçirilən sammiti zamanı Vaşinqtonun irəli sürdüyü təklifləri tam qəbul edib.

“Bizim vicdanımız təmizdir. Ötən ilin avqustunda Alyaskadakı sammit zamanı ABŞ tərəfindən irəli sürülən təklifi tam qəbul etmişik”, – deyə Lavrov bildirib.

Nazir həmçinin qeyd edib ki, Vaşinqton Ukrayna ilə üçtərəfli danışıqların təşkilini təklif edib. Lakin Moskva belə görüşlərin məqsədəuyğunluğuna şübhə ilə yanaşır.

“Biz belə şəraitdə Zelenskinin nümayəndələrinin hansı təkliflərlə danışıqlara gələcəyini anlamaq istədiyimizi bildirdik. Bu, bizim üçün çox vacibdir. Amerika tərəfi arqumentlərimizi anlayışla qarşıladı”, – deyə Lavrov vurğulayıb.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki