image-34607c9e-a39a-4d6e-bd25-9d286d9b82d3backend

Coratdakı dəhşətli qətlin TƏFƏRRÜATI – EKSKLÜZİV

Sumqayıtın Corat qəsəbəsində oktyabrın 1-i axşam saatlarında ağır cinayət hadisəsi baş verib.

İNFOAZ.MEDİA-nın əldə etdiyi məlumata görə, 33 yaşlı Əsgər Hüseynov həyat yoldaşı, 31 yaşlı Şahinə İmanovaya bıçaqla hücum edərək onu öldürüb. Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir.

Məlumata görə, hadisə saat 21 radələrində qeydə alınıb. Qonşular qışqırıq səsləri eşidərək küçəyə çıxdıqda qadının ağır vəziyyətdə olduğunu görüblər. Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

Qadının anasının sözlərinə görə, Şahinə İmanova həyat yoldaşından ayrılmaq istəyib. İddia olunur ki, Əsgər Hüseynov buna razı olmayıb və daha sonra qadına bıçaqla hücum edib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb. Hadisənin səbəbləri və digər hallar araşdırılır.

Təbriz Dünyamalızadə

 

Bu gönderiyi Instagram’da gör

 

İNFOAZ.MEDİA (@infoaz.media)’in paylaştığı bir gönderi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki