image-pasinyan121-768x403backend

“Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq”

Əgər Azərbaycan əsgəri atəş açmasaydı, biz onu həmin gün geri qaytarardıq.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Əsgər atəş açıb, vətəndaşa zərər yetirib, insanların evinə daxil olub. Bunların heç biri baş verməsəydi, biz həmin gün əsgəri Azərbaycana qaytarardıq. Amma indi bu, artıq problemdir”, – o bildirib.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Nəsimi Musayevin sərhədi keçdiyi və Ermənistanda saxlanılması barədə məlumat 1 oktyabrda yayılıb. 2 oktyabrda isə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. N.Musayevin 26 sentyabrdan hərbi hissəni özbaşına tərk etdiyi iddia olunur.// azxəbər.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki