image-images-69backend

Lula: “Arıqlama iynəsini tibbi ehtiyacı olan insanlara verəcəyik”

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ölkədə istehsal olunan arıqlama inyeksiyalarının tibbi göstəriş əsasında ehtiyacı olan şəxslərə təqdim ediləcəyini bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, “Arıqlama iynəsini də paylayacağıq, amma ayrı-seçkilik etmədən deyil. Artıq onu Braziliyada istehsal edirik. Hamıya pulsuz verməyəcəyik. Tibbi qiymətləndirməyə əsasən arıqlamağa ehtiyacı olan və bunu pəhrizlə bacarmayan insanlara verəcəyik”, – deyə Lula bildirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki