image-mid-frantsiibackend

Fransa İran səfirini çağırdı: Tehran dezinformasiyada ittiham olunur

Fransa İranın ölkədə keçirilən şagird və məktəb əməkdaşlarının etirazları ilə bağlı dezinformasiya yayması səbəbilə İranın Parisdəki səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Bu barədə Fransanın Xarici İşlər Nazirliyinin sözçüsü Paskal Konfavro açıqlama verib.

Onun sözlərinə görə, iranlı diplomatın diqqətinə İran Xarici İşlər Nazirliyinin rəsmi hesabları vasitəsilə internetdə yalan məlumatların yayılmasının “qəbuledilməz olduğu” çatdırılıb.

Konfavro həmçinin oktyabrın 6-da Fransanın Tehrandakı səfirinin İran Xarici İşlər Nazirliyinə çağırılmasını əsassız adlandırıb.

“Bu ləyaqətsiz təxribatlara son qoyulmalıdır”, – deyə Fransa XİN-in nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Fransanın Tehrandakı səfiri Pyer Koşar şagird və məktəb əməkdaşlarının etirazları fonunda İran Xarici İşlər Nazirliyinə çağırılmışdı. İran tərəfi Fransa hakimiyyətini nümayişçilərə qarşı sərt davranmaqda və insan hüquqlarını pozmaqda ittiham edib.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki