image-tramp-1backend

Tramp Rusiyadakı vəba yayılmasını COVID-19 pandemiyasının başlanğıcı ilə müqayisə etdi

ABŞ Prezidenti Donald Tramp Rusiyada vəba xəstəliyinin yayılması ilə bağlı vəziyyəti COVID-19 pandemiyasının Çində başladığı dövrlə müqayisə edib.

Tramp jurnalistlərin Rusiyadakı vəba hadisəsinin onda COVID-19 pandemiyasının başlanğıcı ilə bağlı eyni hissləri yaradıb-yaratmadığı barədə sualını cavablandırarkən bildirib ki, Çin həmin vaxt bir çox məlumatı açıqlamırdı, Rusiyada da vəziyyətlə bağlı bütün məlumatların verilmədiyini düşünür.

“Çin o zaman çox şey demirdi, Rusiya da çox şey demir. Lakin onlar vəziyyətə tam nəzarət etdiklərini bildirirlər”, – deyə ABŞ Prezidenti qeyd edib.

Tramp bununla yanaşı, Rusiyada vəba xəstəliyinin yayılmasının bioloji silahla əlaqəli olduğunu düşünmədiyini vurğulayıb.

“Biz belə düşünmürük. Çox keçmədən bunu öyrənəcəyik, amma belə düşünmürük”, – deyə o bildirib.

ABŞ Prezidenti əlavə edib ki, Rusiya tərəfinin açıqlamalarına əsasən, xəstəliyin yayılması ilə bağlı vəziyyət nəzarət altındadır.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki