ABŞ dövlət katibi Marko Rubio İranın nüvə proqramı ilə bağlı Vaşinqtonla razılığa gəlmək üçün bir neçə fürsəti əldən verdiyini bildirib.
“İran nüvə silahına sahib ola bilməz. Nöqtə. Hekayənin sonu”, – Rubio dedi.
O əlavə edib ki, istənilən razılaşma İranın onu heç vaxt almamasını təmin etməlidir.
Dövlət katibinin sözlərinə görə, İran həmçinin elə güclü ənənəvi hərbi potensial inkişaf etdirməyə çalışırdı ki, ABŞ və müttəfiqləri onun nüvə proqramına qarşı çıxa bilməyəcəkdilər. Rubio bildirib ki, Amerikanın hərbi əməliyyatları İran silahlı qüvvələrini ciddi şəkildə zəiflədib, o cümlədən xeyli sayda dron və raketi, eləcə də dəniz və hava qüvvələrini məhv edib və ya zədələyib.
Hörmüz boğazından danışan Rubio bildirib ki, İran artıq onu əvvəlki kimi idarə etmir.
O, Hörmüz boğazının açıq olduğunu və oradan keçən neft axınının demək olar ki, hərbi əməliyyatlardan əvvəlki səviyyəyə qayıtdığını qeyd edib.
Rubio həmçinin İran iqtisadiyyatının sanksiyalar səbəbindən “tam və tamamilə sərbəst şəkildə çöküşdə” olduğunu bildirib. O, İran rəhbərliyinin resurslarının vətəndaşlarının həyatını yaxşılaşdırmaq üçün deyil, Hizbullah, HƏMAS, İraqdakı şiə milisləri və husiləri dəstəkləmək üçün istifadə edildiyini iddia edib.
Dövlət katibi həmçinin İran rəhbərliyinin ölüm və şəhidliyə münasibətini tənqid etdi. O, “radikal mollalar”ın uşaq intiharçılarını milli qəhrəmanlar kimi qəbul etdiklərini söylədi.
Amerikalı diplomat bildirib ki, “Qəhrəmanlarımız öz məqsədləri uğrunda ölməyə hazır ola bilərlər, amma onlar ölümə sitayiş etmirlər”.
Şəhla Sabirli
İNFOAZ.MEDİA





