Britaniya kral ailəsinin həkimi Hanna Terri Norfolkdakı Sandringham malikanəsinin kənarındakı evində ölü tapılıb və əri qətldə ittiham olunub.
BU barədə “The Sun” xəbər verir.
45 yaşlı Terrinin cəsədi oktyabrın 4-də tapılıb. Nəşrin məlumatına görə, o, başından küt zərbə alaraq ölüb. Onun əri Mark Keyn artıq saxlanılıb və qətldə ittiham olunub.
Terri Sandrinqemdə olduqları müddətdə Britaniya kral ailəsinin yüksək vəzifəli üzvlərini müalicə edib. Nəşrin mənbələri bildirir ki, onun ölümü barədə Kral III Çarlz və Kraliça Kamillaya məlumat verilib.
Norfolkdakı Sandringham malikanəsi kral iqamətgahlarından biridir və ənənəvi olaraq ailə üzvləri tərəfindən Milad tətillərində istifadə olunur.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























