NATO Rusiyanın alyans üzvü olan ölkələrdən birinə hücum edəcəyi təqdirdə bir neçə saat ərzində Finlandiya körfəzini və bütövlükdə Baltik dənizini Rusiya gəmiləri üçün bağlaya bilər.
Bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna The Times qəzetinə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Estoniya ilə Finlandiya arasındakı beynəlxalq dəniz keçidinin blokadaya alınması Rusiya üçün “ekzistensial” böhran yarada bilər. O, belə bir ssenarinin NATO Müqaviləsinin 5-ci maddəsinin işə düşməsi halında mümkün olacağını deyib.
Həmin maddəyə əsasən, alyans üzvlərindən birinə qarşı silahlı hücum bütün NATO ölkələrinə qarşı hücum kimi qiymətləndirilir.
“Biz Baltik dənizini bir neçə saat ərzində bağlaya bilərik. Bu, Rusiya iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyan marşrutdur”, – Tsahkna vurğulayıb.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























