ABŞ Prezidenti Donald Trampın Ağ Evdə keçirdiyi mərasimdə qırmızı libası, üz ifadələri və hərəkətləri ilə diqqət çəkən qadının kimliyi məlum olub.
Sözügedən şəxsin milyarder, “Dell Technologies” şirkətinin təsisçisi Michael Dellin həyat yoldaşı 62 yaşlı Susan Dell olduğu ortaya çıxıb.
Oval kabinetdə keçirilən mərasim zamanı onun mimikaları və davranışları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər Susan Dellin əvvəlki və indiki fotolarını müqayisə edərək onun görünüşündəki dəyişiklikləri də müzakirə ediblər.
ABŞ mediası bunun ardınca Susan Dellin keçmişi, ictimai fəaliyyəti və Tramp ailəsi ilə münasibətlərini gündəmə gətirib.
Mərasimdəki görüntülərin müzakirəsi fonunda daha əvvəl xarici görünüşü ilə bağlı oxşar müzakirələrin mərkəzində olan Kimberly Guilfoyle da yenidən medianın diqqətinə düşüb.


Şəhla Sabirli
İNFOAZ.MEDİA
























