image-tramp-sinyakbackend

Tramp: ABŞ 3 noyabra qədər İrana zərbə endirməyəcək

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun noyabrın 3-də keçiriləcək aralıq seçkilərə qədər İrana hücum etməyəcəyini açıqlayıb.

Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.

“Biz noyabrın 3-də ABŞ-da keçiriləcək aralıq seçkilərə qədər İrana hücum etməyəcəyik”, – deyə o bildirib.

ABŞ lideri İranın ağır iqtisadi və hərbi vəziyyətdə olmasına baxmayaraq, ölkəyə tətbiq edilən blokadanın tam həcmdə davam edəcəyini qeyd edib.

“İran İslam Respublikası ilə məhsuldar danışıqlar aparırıq”, – Tramp vurğulayıb.

O, həmçinin hazırda Hörmüz boğazından rekord həcmdə neft daşındığını bildirib. Trampın sözlərinə görə, yalnız ötən gecə boğazdan 22 milyon barel neft keçirilib. Onun iddiasına əsasən, bu neftin heç bir bareli İrandan çıxmayıb və İrana da göndərilməyib.

“İran nüvə silahına sahib olmayacaq!” – deyə ABŞ Prezidenti əlavə edib.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki