Türkiyənin məşhur müğənnisi Sezen Aksu ilə bağlı diqqətçəkən məlumat yayılıb. Sənətçinin ötən həftə İstanbulun Nişantaşı rayonunda yerləşən özəl xəstəxanada bir neçə gün qaldığı və burada biopsiya etdirildiyi bildirilib.
“Magazin Burada”nın məlumatına görə, uzun müddətdir mediadan uzaq həyat sürən Sezen Aksu xəstəxanada olduğu müddətdə tibbi müayinədən keçib.
Xəbərin yayılmasından sonra 71 yaşlı sənətçinin səhhəti ilə bağlı narahatlıq yaranıb. Məlumata görə, Aksunun vəziyyəti yaxşıdır. Xəstəxanadakı prosedurlardan sonra evinə buraxılan sənətçinin hazırda evdə istirahət etdiyi bildirilir.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























