ABŞ Prezidenti Donald Tramp “süni intellekt” ifadəsinin istifadəsini tənqid edib.
Tramp özünün “Truth Social” hesabında yazıb ki, Ağ Ev “süni intellekt” termini əvəzinə onun təklif etdiyi “superintellekt” ifadəsindən istifadə edənləri düşmən hesab edir.
“Ağ Ev “süni intellekt” terminindən istifadə edən hər kəsi, geniş şəkildə qəbul edilən və daha dəqiq yeni “superintellekt” terminindən istifadə etməyənləri düşmən hesab edir”, – deyə ABŞ lideri bildirib.
Qeyd edək ki, Tramp daha əvvəl də “süni intellekt” adlandırmasını uğursuz və qeyri-dəqiq hesab etdiyini açıqlayıb. O, bu texnologiyaların “superintellekt” adlandırılmasını təklif edib.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























