image-1021791_srcbackend

Pakistan Səudiyyə Ərəbistanına yüzlərlə əsgər göndərdi

Pakistan hakimiyyəti Yəməndə husilərlə artan münaqişə fonunda Səudiyyə Ərəbistanına yüzlərlə əlavə əsgər göndərib.

EFE xəbər agentliyinin Pakistan təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən yaydığı məlumata görə, İslamabad uzun illərdir təlim və logistika məqsədilə Səudiyyə Ərəbistanında hərbi kontingent saxlayır. Lakin hazırda “Məkkə Müdafiə Sazişi” çərçivəsində ölkəyə yüzlərlə əlavə hərbçi göndərilib.

Adının açıqlanmasını istəməyən Pakistan təhlükəsizlik rəsmisi bildirib ki, artıq neçə əsgərin Səudiyyə Ərəbistanına çatdığı və onların harada yerləşdirildiyi barədə dəqiq məlumat verilməyib.

Mənbə həmçinin Pakistan hərbi təyyarələrinin Ər-Riyaddakı bazalarda yerləşdirilməsi ilə bağlı məlumatı təsdiqləməyib.

Bununla belə, Pakistanın Səudiyyə Ərəbistanına daha çox hərbçi göndərməyə hazırlaşdığı bildirilir.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki