vensbackend

Trampın 2028-ci il favoriti JD Vensdir

ABŞ Prezidenti Donald Trampın Respublikaçılar Partiyasının donorları ilə qapalı görüşlərdə vitse-prezident JD Vensin 2028-ci il prezident seçkilərində qalib gəlməsini istədiyini dediyi bildirilir.

İNFOAZ.MEDİA xəbər verir ki, The Washington Post qəzetinin məlumatına görə, Tramp görüşlərdə “Biz JD-ni seçdirməliyik” ifadəsindən istifadə edib.

Bununla belə, Trampın müşavirləri onun hələlik varis məsələsində yekun qərar vermədiyini bildirirlər. Məlumata əsasən, Tramp vitse-prezident JD Vens və dövlət katibi Marko Rubio arasında müəyyən rəqabətin davam etməsinə də imkan yaradır.

Nəşrə danışan mənbələrdən biri isə bildirib ki, “JD bunu haqq edir və Tramp da bunu görür”. Mənbənin sözlərinə görə, Tramp artıq əvvəlki kimi tez-tez “JD, yoxsa Marko?” sualını vermir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki