İran xarici işlər nazirinin müavini Kazem Qəribabadibackend

Qəribabadi: Hörmüz boğazı ilə bağlı razılaşmaya xarici müdaxiləni qəbul etməyəcəyik

İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi ABŞ, Hörmüz boğazı və yeni razılaşma ilə bağlı açıqlamalar verib.

İNFOAZ.MEDİA xəbər verir ki, o bildirib ki, münaqişənin yeni mərhələsinin başlamasından təxminən 4-5 gün sonra ABŞ danışıqların aparılması və məsələlərin həlli ilə bağlı İrana mesaj göndərib.

Qəribabadi vurğulayıb ki, Hörmüz boğazı ilə bağlı istənilən razılaşma yalnız İran və Oman arasında əldə olunmalıdır və Tehran bu məsələyə hər hansı xarici müdaxiləni qəbul etməyəcək.

İranlı diplomatın sözlərinə görə, yeni razılaşmanın qüvvəyə minməsi ilə hazırda istifadə olunan müvəqqəti marşrutlar bağlanacaq. O əlavə edib ki, İranın ərazi sularına daxil olan və oradan çıxan gəmilərin əhəmiyyətli hissəsi yeni müəyyən ediləcək marşrutlardan keçəcək.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki