Yəmənin Mərib və Hədrəməut vilayətlərində husilərin hökumət ordusunun hərbi düşərgələrinə endirdiyi raket zərbələri nəticəsində azı 30 hərbçi həlak olub. Məlumata görə, ölənlərin sayının artacağı istisna edilmir.
İNFOAZ.MEDİA xəbər verir ki, hücumların əsas hədəfi Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələrinin, xüsusilə Fövqəladə Qüvvələr bölmələrinin yerləşdiyi hərbi düşərgələr olub.
Raketlər Hədrəməutun Əl-Əbr bölgəsi və Məribin şərqində yerləşən bir neçə mövqeyə düşüb.
Yerli mənbələrin bildirdiyinə görə, hücum zamanı Əl-Cəvf vilayətindən təxminən 8 ballistik raket, eləcə də partlayıcı yüklü pilotsuz uçuş aparatları (PUA) istifadə edilib.
Jalə
























