ABŞ-ın İranla bağlı son qarşıdurma zamanı THAAD hava hücumundan müdafiə sisteminin raketlərinin təxminən 80 faizini, Patriot raketlərinin isə yarısını, eləcə də digər yüksək dəqiqlikli sursatların əhəmiyyətli hissəsini istifadə etdiyi bildirilir.
İNFOAZ.MEDİA xəbər verir ki, CNN-in məlumatına görə, yaranmış vəziyyət ABŞ Silahlı Qüvvələrinin yüksək rütbəli komandanlığında narahatlıq doğurub. Mənbələr bildirirlər ki, hərbi rəhbərlik strateji sursat ehtiyatlarının təhlükəli dərəcədə azalması barədə xəbərdarlıq edib.
Məlumata əsasən, məhz bu çatışmazlıqlar, həmçinin İranın mümkün cavab zərbələri və mülki itkilərlə bağlı narahatlıqlar ABŞ Prezidenti Donald Trampın ötən həftəsonu İrana planlaşdırılan zərbələri ləğv etməsinə təsir göstərən əsas amillərdən biri olub.
Rauf
























