ABŞ senatoru Berni Sanders ölkəsinin xarici və müdafiə siyasətini sərt tənqid edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Sanders bildirib ki, sonsuz müharibələrə son qoyulmalı, həddindən artıq hərbi xərclər azaldılmalı və İsrail hökumətinə göstərilən maliyyə dəstəyi dayandırılmalıdır.
O, İsrail hökumətini fələstinlilərə qarşı “soyqırımı xarakterli əməllər” törətməkdə ittiham edərək, ABŞ-ın bu siyasəti maliyyələşdirməməli olduğunu söyləyib.
Senatorun sözlərinə görə, ayrılan vəsaitlər əvəzində ölkə daxilində mənzil təminatı, təhsil və səhiyyə sahələrinə yönəldilməlidir.
Rauf
























