image-6028115496659520832-1backend

Çin Pentaqon rəsmisini Pekinə dəvət etməkdən imtina edir

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) siyasət üzrə rəhbəri Elbric Kolbi aylardır Pekinə rəsmi səfər etməyə çalışsa da, Çin tərəfi indiyədək ona dəvət göndərməyib.

İNFOAZ.MEDİA xəbər verir ki, Pekinin bu mövqeyinin əsas səbəbi ABŞ administrasiyasının Tayvana 11 milyard dollarlıq silah satışı və Vaşinqtonla Pekin arasında davam edən gərginlikdir.

Çinə qarşı sərt mövqeyi ilə tanınan Kolbi bu səfəri, xüsusilə də Çinin Milli Müdafiə Universitetində çıxış etməyi, iki ölkə arasında hərbi əlaqələrin sabitləşdirilməsi və ABŞ-ın müdafiə siyasətinin izahı üçün fürsət hesab edir.

Lakin Çin rəsmiləri həm Tayvan məsələsi ilə bağlı gərginliyi, həm də Kolbinin Pekinə münasibətdə uzun illər sərgilədiyi sərt mövqeyi əsas gətirərək onun səfərinə hələ də müsbət yanaşmırlar.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki