image-afp__20260805__c42y7uq__v1__midres__germanyairportaviationpolicebackend

Almaniyada ukraynalı casusluq şübhəsi ilə saxlanılıb

Almaniyanın Türingiya əyalətində 33 yaşlı Ukrayna vətəndaşı xarici kəşfiyyat orqanı üçün casusluq etmək şübhəsi ilə saxlanılıb.

İNFOAZ.MEDİA xəbər verir ki, prokurorluğun məlumatına görə, şübhəli şəxs Bavariyada yerləşən müdafiə sənayesi şirkətinin obyektini mümkün təxribat məqsədilə əvvəlcədən öyrənmək üçün ərazinin fotolarını çəkib və görüntüləri əlaqələndiricisinə göndərib.

Hazırda istintaq davam edir. Almaniya hüquq-mühafizə orqanları hadisənin arxasında hansı xarici kəşfiyyat xidmətinin dayandığını hələlik açıqlamayıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki