Kolumbiyada fəaliyyət göstərən narkokartellər və silahlı üsyançı qruplar Ukraynada əldə olunan dron müharibəsi təcrübəsini mənimsəməyə çalışırlar.
İNFOAZ.MEDİA xəbər verir ki, Ukraynada döyüşmüş bəzi kolumbiyalıların ölkələrinə qayıtdıqdan sonra pilotsuz uçuş aparatlarından (PUA) istifadə üzrə qazandıqları bilik və bacarıqları silahlı qruplara ötürdüyü iddia olunur.
Rəsmilər xəbərdarlıq edirlər ki, bu bilik transferi qanunsuz silahlı qrupların döyüş imkanlarını əhəmiyyətli dərəcədə artırır və Kolumbiya ordusunun uzun illər qoruduğu hava üstünlüyünü zəiflədə bilər.
Mütəxəssislərin fikrincə, dron texnologiyalarının yayılması ölkədə təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirə bilər.
Jalə
























