image-iran_2025-768x403backend

İran və Oman Hörmüz boğazında yeni gəmiçilik marşrutu yaratmağı müzakirə edir

İran və Oman Hörmüz boğazında mövcud şimal və cənub gəmiçilik marşrutlarının mərhələli şəkildə ləğv edilərək onların yerinə vahid mərkəzi dəhlizin yaradılmasını nəzərdə tutan planı müzakirə edir.

İNFOAZ.MEDİA xəbər verir ki, Məlumata görə, keçid dövründə gəmilər boğaza İran sahillərinə yaxın yerləşən şimal marşrutu ilə daxil olacaq, Oman sahillərinə yaxın cənub marşrutu ilə isə çıxacaqlar. Keçid prosesi başa çatdıqdan sonra bütün gəmi hərəkətinin mərkəzi dəhliz vasitəsilə həyata keçirilməsi planlaşdırılır.

Təklifə əsasən, boğaza daxil olan gəmilərin hərəkətinə İran nəzarət edəcək, çıxış istiqamətində isə idarəetmə İran və Oman tərəfindən birgə həyata keçiriləcək.

Həmçinin bildirilir ki, tranzit ödənişləri yükün dəyərinin müəyyən faizi əsasında deyil, sığorta, bunker yanacağı və ekoloji xidmətlər kimi göstərilən xidmətlərə görə hesablanacaq.

İran tərəfi yükün dəyərinə görə 3 və ya 7 faiz rüsum tətbiq ediləcəyi barədə yayılan iddiaları təkzib edib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki