image-skysports-fifa-uefa-infantino_7310610backend

UEFA FIFA-ya qarşı boykotu davam etdirir

UEFA FIFA-nın yarışlarına tətbiq etdiyi boykotun qüvvədə qaldığını açıqlayıb və FIFA prezidenti Canni İnfantinonun üzrxahlığını, eləcə də dünya çempionatının kommersiya hüquqlarının satışı planından imtina etməsini kifayət hesab etməyib.

İNFOAZ.MEDİA xəbər verir ki, UEFA bildirib ki, FIFA təşkilatın irəli sürdüyü şərtləri, o cümlədən gələcəkdə oxşar təkliflərin bir daha irəli sürülməyəcəyinə dair təminatları hələ də yerinə yetirməyib. Qurum həmçinin Canni İnfantinonun rəhbərliyinə etimad göstərmədiyini bəyan edib.

Yaranmış mübahisə səbəbindən gələn ay keçiriləcək FIFA U-20 Qadınlararası Dünya Çempionatında İngiltərə də daxil olmaqla Avropa komandalarının iştirakının sual altında olduğu bildirilir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki