image-6023717961249525220backend

Ukraynanın sabiq ABŞ səfirinə qanunsuz varlanma ittihamı irəli sürülüb

Ukraynanın korrupsiyaya qarşı mübarizə orqanları ölkənin ABŞ-dakı sabiq səfiri Olha Stefanişınanı qanunsuz varlanmaqda ittiham edib.

İNFOAZ.MEDİA xəbər verir ki,istintaqın iddiasına görə, Stefanişına bəyan etmədiyi əmlak əldə edib və xərcləri rəsmi gəlirlərini xeyli üstələyib.

Stefanişına isə ittihamları rədd edərək maliyyə vəziyyəti ilə bağlı ictimaiyyətə artıq izahat verdiyini bildirib və barəsində irəli sürülən ittihamlarla hüquqi mübarizə apardığını açıqlayıb. Hazırda Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi onun barəsində istintaq dövrü üçün məhdudlaşdırıcı tədbirlərin tətbiqi məsələsinə baxır.

Qeyd edək ki, Olha Stefanişına daha əvvəl Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Andriy Yermakla sıx əməkdaşlıq edib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki