Zelenskibackend

Zelenski: Ukrayna 2026–2027-ci illərdə öz ballistik raketdən müdafiə sistemini hazır etməyi planlaşdırır

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin milli ballistik raketdən müdafiə sisteminin hazırlanması istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Zelenskinin sözlərinə görə, öz ballistik müdafiə sistemini inkişaf etdirmək dünyada yalnız bir neçə ölkənin uğurla yerinə yetirdiyi mürəkkəb və strateji vəzifədir. O qeyd edib ki, Ukrayna da artıq bu imkanlara malikdir.

Prezident bildirib ki, Ukraynanın silah istehsalçıları tələb olunan texnoloji səviyyəyə çatıb və ölkə 2026–2027-ci illərdə bu sahədə zəruri nəticələri əldə etməyi gözləyir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki