image-6028115496659520834backend

Argentina 15 iyulu Milli Futbol Yığmaları Günü elan edib

Argentina hökuməti 15 iyul tarixini Milli Futbol Yığmaları Günü elan edib.

İNFOAZ.MEDİA xəbər verir ki, qərar Argentina milli komandasının 2026-cı il dünya çempionatının yarımfinalında İngiltərə üzərində 2:1 hesablı qələbəsini əbədiləşdirmək məqsədilə qəbul olunub.

Yeni milli gün hər il Argentina yığmalarının uğurlarını və ölkədə futbolun inkişafına verilən töhfələri qeyd etmək üçün qeyd olunacaq. BBC-nin məlumatına görə, qərar 2026-cı il dünya çempionatında əldə olunan tarixi qələbənin xatirəsinə həsr edilib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki