İsrailin Baş naziri Benyamin Netanyahu Fələstin dövləti ilə bağlı növbəti dəfə sərt açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Netanyahu bildirib ki, İsrail “Fələstin terror dövləti”nin yaradılmasına imkan verməyəcək. Onun sözlərinə görə, belə bir dövlətin məqsədi yəhudi xalqının milli dövlətini məhv etmək olacaq.
Baş nazir iddia edib ki, İsraili məhv etmək istəyənlər ölkənin tərəqqi, demokratiya, azadlıq və insan azadlıqları dəyərlərini təbliğ etdiyinə görə buna can atırlar.
Rauf
























