Türkiyənin xarici işlər naziri Hakan Fidan İsraili sülhə maraq göstərməməkdə ittiham edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Fidan bildirib ki, İsrailin sülhlə bağlı nə niyyəti, nə də planı var. Onun sözlərinə görə, İsrail yalnız öz mövqeyini və qanunsuz strategiyalarını irəli aparmaq üçün bütün platformalardan istifadə edir.
Türkiyəli nazir vurğulayıb ki, əgər region ölkələri və beynəlxalq ictimaiyyət İsrailin ekspansionist siyasətinin qarşısını almaq üçün zəruri diplomatik tədbirlər görməsə, bu, təkcə regional deyil, həm də qlobal böhrana səbəb olacaq.
Rauf
























