image-6026208269187091750backend

İsraildən mühacirət 50% artıb: Dövlət hər il yüz milyonlarla dollar vergi itirir

İsrail Vergi İdarəsinin yeni araşdırmasına görə, COVID-19 pandemiyasının başa çatmasından sonra ölkədən mühacirət edənlərin sayı təxminən 50 faiz artıb.

İNFOAZ.MEDİA xəbər verir ki, araşdırmada bildirilir ki, ölkəni tərk edənlər arasında yüksək gəlirli mütəxəssislərin, xüsusilə yüksək texnologiyalar (high-tech) və səhiyyə sektorunda çalışanların payı getdikcə artır.

Məlumata əsasən, mühacirət edənlərin orta gəliri əhəmiyyətli dərəcədə yüksəldiyi üçün dövlətin illik vergi gəlirlərində itki iki dəfədən çox artaraq təxminən 1,2 milyard şekel (358 milyon ABŞ dolları) səviyyəsinə çatıb.

Araşdırmada bu tendensiyanın pandemiyadan sonrakı dövr, siyasi vəziyyət və ya təhlükəsizlik amilləri ilə bağlı olub-olmadığının hələ dəqiq müəyyən edilmədiyi qeyd edilir. Bununla belə, statistika İsrailin ən yüksək ixtisaslı və yüksək gəlirli işçi qüvvəsini getdikcə daha çox itirdiyini göstərir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki