image-untitled-1backend

Nar-ın Neftçilər filialından şikayət var – Müştərilər kobud rəftardan narazıdır

Nar (Azerfon) şirkətinin Bakı şəhərində yerləşən Neftçilər filialının fəaliyyəti ilə bağlı redaksiyamıza şikayət saxil olub.

İNFOAZ.MEDIA redaksiyasına daxil olan müraciətdə iddia edilir ki, filialda çalışan bəzi müştəri xidməti əməkdaşları abonentlərlə kobud davranır.

Şikayətçinin sözlərinə görə, xüsusilə Pərviz adlı əməkdaşın vətəndaşlarla sərt üslubda danışır, bəzi hallarda isə müştərilərin haqlı iradlarına baxmayaraq şirkətin mövqeyini müdafiə edir.

Şikayətdə qeyd olunur ki, bu cür halların uzun müddətdir davam etməsinə baxmayaraq, filial rəhbərliyi və ya diler tərəfindən vəziyyətin aradan qaldırılması istiqamətində effektiv tədbirlər görülməyib. Müraciət müəllifi oxşar narazılıqların həftə ərzində dəfələrlə müşahidə olunduğunu da iddia edir.

Bundan əlavə, müraciətdə bəzi abonentlərin “texniki nasazlıq” səbəbi göstərilərək mərkəzi filiala yönləndirildiyi qeyd edilir. Şikayətçilərin fikrincə, bu hal vətəndaşlar üçün əlavə vaxt itkisinə və narahatlığa səbəb olur.

Qeyd edək ki, bu materialda yer alan məlumatlar redaksiyamıza daxil olmuş müraciətdə əks olunan iddialardır və İNFOAZ.MEDIA olaraq Nar (Azerfon) şirkətinin və sözügedən filialın mövqeyini dərc etməyə hazırıq.

Orxan


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki