Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Yaponiya rəhbərliyini Hiroşima və Naqasakinin atom bombaları ilə vurulmasının ildönümü ilə bağlı çıxışlarında ABŞ-ın adını çəkmədiklərinə görə tənqid edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Medvedev bildirib ki, Yaponiya rəsmilərinin, o cümlədən Baş nazirin çıxışlarında atom bombardmanını həyata keçirən ölkənin adının çəkilməməsi “utancvericidir”.
O, həmçinin Yaponiyanı ABŞ-ın “vassalı” adlandıraraq, gələcəkdə ölkənin “roninə” çevriləcəyini iddia edib. “Ronin” termini ənənəvi Yaponiyada ağasını itirmiş samuray mənasında işlədilir.
Jalə
























