image-6028115496659520953backend

Rusiya Ukraynada 400 min kvadratmetrdən çox anbarı məhv edib

2026-cı ilin iyul ayının əvvəlindən bəri Rusiya hücumları nəticəsində Ukraynada 400 min kvadratmetrdən çox anbar və logistika kompleksi dağıdılıb.

İNFOAZ.MEDİA xəbər verir ki,  zərər çəkən şirkətlər arasında Fozzy Group, Novus, Rozetka, Epicentr, Nova Poshta, Puma, Liqui Moly və Toyota Ukraine yer alır.

Bundan əlavə, tammiqyaslı müharibənin başlanmasından indiyədək Kiyev vilayətində 1 milyon kvadratmetrdən çox anbar sahəsi məhv edilib. Bu göstərici regionun müharibədən əvvəlki ümumi anbar fondunun təxminən yarısına bərabərdir.

Mütəxəssislər bildirirlər ki, logistika infrastrukturuna dəyən bu zərbələr Ukraynanın tədarük zəncirinə və iqtisadi fəaliyyətinə ciddi təsir göstərir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki