The Washington Post qəzetinin yaydığı məlumata görə, ABŞ İranla münaqişənin ilk həftələrində 1 300-dən çox ATACMS taktiki ballistik raketi istifadə edib.
İNFOAZ.MEDİA xəbər verir ki, nəşrin adları açıqlanmayan ABŞ rəsmilərinə istinadən verdiyi xəbərə görə, raketlərdən intensiv istifadə nəticəsində ATACMS ehtiyatı faktiki olaraq tükənib və arsenalda demək olar ki, heç bir raket qalmayıb.
Məlumatda qeyd olunur ki, bu vəziyyət ABŞ-ın uzaqmənzilli yüksək dəqiqlikli raket imkanlarına təsir göstərə və yeni istehsalın sürətləndirilməsi zərurətini yarada bilər. ABŞ rəsmiləri isə bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyiblər.
Jalə
























