İranın Kəşfiyyat Nazirliyi Kirman vilayətində İsrailin Mossad kəşfiyyat xidməti ilə əlaqədə olmaqda şübhəli bilinən 21 nəfərin saxlanıldığını açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Nazirliyin iddiasına görə, saxlanılan şəxslər ölkənin həssas hərbi və hava hücumundan müdafiə obyektləri barədə məlumat toplamaqla məşğul olublar.
Bundan əlavə, qurum silahlı dəstənin 4 üzvünün və çevriliş planı ilə əlaqəli olduğu iddia edilən daha 5 nəfərin də həbs edildiyini bildirib. Əməliyyat zamanı hərbi təyinatlı müxtəlif silahların ələ keçirildiyi qeyd olunur.
Jalə
























