Netanyahubackend

Netanyahu: Bir çox dünya lideri İsraili radikal islamla mübarizədə nümunə hesab edir

İsrailin Baş naziri Benyamin Netanyahu bir sıra dünya liderlərinin ona dəstək ifadə etdiyini bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Netanyahunun sözlərinə görə, bir çox ölkə lideri ona “Baş nazir, sizi qiymətləndiririk, hətta sizə heyranıq və sizə ehtiyacımız var” deyir.

Baş nazir iddia edib ki, həmin liderlər İsraili bütün sivil dünyanı təhdid edən radikal islamla mübarizədə nümunə kimi gördüklərini bildirirlər.

Netanyahu bu fikirləri region ölkələrində, Avropada, Latın Amerikasında və digər qitələrdə eşitdiyini qeyd edib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki