image-trump_erdogan_180417_1742135339_1742290138backend

Tramp və Ərdoğan telefon danışığında bu məsələni MÜZAKİRƏ ETDİLƏR

ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın əsas müzakirə mövzusu olduğu telefon danışığı aparıblar.

İNFOAZ.MEDİA xəbər verirki, Tramp danışıq barədə əvvəlcədən Ağ Evdə keçirdiyi mətbuat konfransında məlumat verərək Prezident Ərdoğanı yüksək qiymətləndirdiyini bildirib. İsveçrənin Davos şəhərinə yola düşərkən jurnalistlərə açıqlama verən Tramp görüşün “çox yaxşı keçdiyini” desə də, təfərrüatları açıqlamayıb.

Telefon danışığı ilə bağlı məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi yayıb. Bildirilib ki, Ərdoğan Suriyanın ərazi bütövlüyünün Türkiyə üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Danışıq zamanı İŞİD üzvlərinin saxlanıldığı həbsxanalar da müzakirə edilib.

Eyni zamanda, Prezident Ərdoğan Qəzza Sülh Komitəsinə dəvətə görə Donald Trampa təşəkkür edib.

EMİN,
İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki