Ukraynanın Çerniqov vilayətinin Priluki şəhərində yaşayış binasına endirilən raket zərbəsi nəticəsində azı 18 nəfər həlak olub. Ölənlər arasında 4 uşağın olduğu bildirilir.
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, dağıntılar altında axtarış-xilasetmə işləri davam etdirilir. Onun sözlərinə görə, ölən uşaqlardan Aleksandr, Kirill və Sergey cəmi bir yaşında, Maksim isə 8 yaşında olub.
Zelenski qeyd edib ki, hadisə nəticəsində onlarla insan yaralanıb. Yaralananlar arasında 7 uşağın da olduğu açıqlanıb.
Prezidentin sözlərinə görə, 15 nəfər, o cümlədən bir uşaq dağıntılar altından xilas edilib. Hazırda bəzi şəxslərlə əlaqə saxlamaq mümkün deyil.
Zelenski hadisə ilə bağlı açıqlamasında Rusiyanın Ukraynanın yaşayış məntəqələrinə zərbələr endirməsini tənqid edib və hücumların davam etdirilməsini “terror seçimi” adlandırıb.
Şəhla Sabirli
İNFOAZ.MEDİA







