image-affa-esas-768x403-1backend

Bu klubda aylardır maaşlar verilmir

“İmişli” klubunun akademiyasında çalışanlar aylardı maaş ala bilmirlər.

Buna səbəb AFFA-nın ödəmələri etməməsidir.

Bu mövsümdən federasiya tərəfindən klub akademiyalarına ayrılan maliyyənin xərclənmə meyarları müəyyənləşib. Maaşlar, ekipirovka və s. xərclər AFFA-nın tərtib etdiyi bölgü üzrə aparılmalıdır. Artıq klublar əvvəlkitək pulu istədikləri şəkildə xərcləyə bilməyəcəklər.

“İmişli2 ilə bağlı məsələ bir qədər fərqlidir. AFFA-nın İnkişaf Departamenti ötən mövsümün xərclərini incələyərkən uyğunsuzluqlar aşkarlayıb. Belə ki, klubun uşaq futboluna xərclədiyini göstərdiyi 450 min manatlıq hesabat federasiyaya şişirdilmiş rəqəm kimi gəlib.

AFFA-dan kluba bildirilib ki, ötən mövsümün hesabatlarının şəffaflığı tam araşdırılandan sonra bu mövsümün ödəmələrini etmək mümkün olacaq.// sportal.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki